Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 699, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 983, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 236, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 248 nəfər təşkil edir.

Poliqon.info