Yuxarı Şirvan kanalında boğulan gəncin meyiti tapıldı - Yenilənib + Video
Poliqon.info xəbər verir, Ağdaş rayonunun Orta Ləki kənd sakini Samir Mirzə oğlu Kərimlinin meyiti rayonun Bulaqotağı kəndi ərazisində, yəni suda batdığı yerdən təqribən 300-400 metr aralıda aşkarlanıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü S.Kərimli ötən gün Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmışdı.
***
Ötən sutka ərzində 55 yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı biri azyaşlı olmaqla üç nəfər xilas edilib. Həmçinin, Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batan bir nəfərin - 2006-cı il təvəllüdlü Samir Mirzəmməd oğlu Kərimlinin axtarışlarına başlanıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışları davam etdirir.
Poliqon.info