Attraksiondan yıxılaraq xəstəxanada ölən qadının son görüntüləri - Video,Yenilənib

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində həyatını itirən şəxsin son görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

***

“Qafqazinfo” xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən beş qoşqudan ibarət, delfinşəkilli karuselin ikinci qoşqusundan yıxılıb. O, qarnın küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Poliqon.info