Vilayət Eyvazovun İsmayıllıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulan Ağsu, İsmayıllı, Göyçay, Qobustan və Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi iyun ayının 20-nə dəyişdirilib.

Bu barədə Poliqon.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 19.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Poliqon.info