Pekin Avropaya çağırış etdi: Vahid Çin prinsipinə riayət edin...

Pekin Avropa tərəfini vahid Çin prinsipinə riayət etməyə və Tayvanla istənilən rəsmi təmaslardan imtina etməyə çağırır...

Poliqon xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Van Venin Tayvanın xarici işlər naziri Cozef Vunun Avropa İttifaqına gözlənilən səfəri ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən deyib.

“Birincisi, Tayvan Çinin bir hissəsidir və orada heç bir xarici işlər naziri ola bilməz”, deyə Vanq bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və onun ayrı-ayrı dövlətləri dəfələrlə vahid Çin prinsipinə sadiq olduqlarını bəyan ediblər, ona görə də Pekin Tayvan regionu ilə rəsmi təmaslardan yayınacaqlarına ümid edirY

“Biz Avropa tərəfini Tayvan məsələsinin mahiyyətini düzgün başa düşməyə, Çin qarşısında vahid Çin prinsipi ilə bağlı təntənəli öhdəliklərinə əməl etməyə, həmçinin Tayvanın müstəqilliyini müdafiə edən qüvvələri dəstəkləməkdən çəkinməyə və münaqişəyə girməməyə çağırırıq”, deyə diplomat bildirib.

Eyni zamanda, Vanq ənənəvi olaraq Çinin öz dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaqda sarsılmaz qətiyyətini vurğulayıb.

Daha əvvəl Reuters öz mənbələrinə istinadən xəbər vermişdi ki, Tayvanın xarici işlər naziri Cozef Vu gələn həftə Avropaya elan olunmamış səfər edəcək və bu səfər zamanı Brüsselə və Avropa İttifaqının mənzil-qərargahında, eləcə də Praqada olacaq.

Poliqon.info