NATO müdafiə nazirlərinin iclası keçiriləcək

NATO müdafiə nazirlərinin iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 15-16-da NATO müttəfiqlərinin müdafiə nazirləri Brüsseldə görüşəcəklər.

İclas çərçivəsində iyunun 15-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun və NATO-Ukrayna Komissiyasının iclasları keçiriləcək. İyunun 15-də həmçinin müttəfiq ölkələrin müdafiə sənayesi ilə bağlı sessiyalar da olacaq.

İyunun 16-da isə Şimali Atlantik Şurası və İsveçin birgə iclası olacaq. Həmin gün NATO çərçivəsində Nüvə Planlaşdırması Qrupunun da iclası keçiriləcək.

Poliqon.info