Türkiyə NATO qüvvələrinə komandanlıq edəcək...

Türkiyə bu payızda planlaşdırılan rotasiya çərçivəsində Kosovodakı NATO qüvvələrinin komandanlığını öz üzərinə götürməyə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agebtliyi vəziyyətlə tanış olan öz mənbələrinə istinadən məlumat yayıb.

İndi Kosovodakı NATO qüvvələrinə İtaliya rəhbərlik edir. “Türkiyə rəsmilərinin bildirdiyinə görə, İtaliya oktyabrda NATO qüvvələrinin komandanlığını təhvil verəcək. Bir müddətdir ki, səlahiyyətlərin verilməsi məsələsinə baxılırdı, lakin yekun qərar bu yaxınlarda qəbul edilib”, deyə "Bloomberg" yazır.

Türkiyə Müdafiə Nazirliyi və NATO nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

Bundan əvvəl Kosovoda NATO qüvvələri ilə toqquşmalarda 50-dən çox adam yaralanıb, bundan sonra Alyans ora 700 hərbçidən ibarət əlavə qüvvələr göndərib. Bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin 65-ci motoatıcı briqadasının xüsusi təyinatlıları bölgədə yerləşən NATO qüvvələrinin gücləndirilməsi çərçivəsində Kosovoya yollanıb. Bölgədə vəziyyətin gərginləşməsi fonunda türk qoşunlarının Kosovoya göndərilməsi ilə bağlı qərarı prezident Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansının rəhbərliyi ilə razılaşdıraraq qəbul edib.

Poliqon.info