Nikolay Patruşev: ABŞ keçmiş SSRİ ölkələrinə misli görünməmiş təzyiq göstərir...

Rusiya Təhlükəsizlik Şurasinin katibi postsovet ölkələrinin diliylə Vaşinqtondan şikayətlənib...
“ABŞ SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir”.

Poliqon xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Onun sözlərinə görə, əsas məqsəd keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri məhv etmək, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır.

"Anqlosakslar öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdidlə maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz nüfuz dairələrinə cəlb etməyə çalışırlar", deyə Nikolay Patruşev əlavə edib.

Poliqon.info