Ronaldo karyerasını bitirdikdən sonra futbol klubu alacaq...

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiana Ronaldo karyerasını başa vurduqdan sonra futbol klubu alacağını istisna etməyib...

Polqon xəbər verir ki. Bu barədə “Relevo” nəşri məlumat yayıb. Portuqaliyalı futbolçu bildirib ki, karyerasının bitməsinə 2-3 il qalıb və bundan sonra futbol klubu almağı istisna etmir.

Bundan başqa, Ronaldo keçmiş komanda yoldaşı Kərim Benzemanın Səudiyyə Ərəbistanı çempionu olan "Əl-İttihad"a transferinə də reaksiya verib. Portuqaliyalının sözlərinə görə, Benzema ona meydan oxuyur.

“Bilirdim ki, Səudiyyə Ərəbistanına ulduz futbolçuların gəlməsi bu ölkədə futbolin inkişafına böyük təsir edəcəkTezliklə Səudiyyə liqası dünyanın ən yaxşı liqalarından biri olacaq”, deyə Ronaldo vurğulayıb.

Poliqon.info