“Bağışlayın, Tramp” - Rişi Sunak sizi görmək üçün çox məşğuldur...

ABŞ-da səfərdə olan Rişi Sunak prezidentliyə namizəd Donald Trampla görüşməyəcəyini təsdiqləyib...

Böyük Britaniyanın Baş nazirinin Vaşinqtona səfəri zamanı bir sıra digər yüksək vəzifəli ABŞ siyasətçiləri ilə görüşməsinə baxmayaraq, keçmiş prezident üçün vaxtı yoxdur.

Poliqon xəbər verir ki, bu barədə Polico nəşrinin məlumatında bildirilir.

Qəet yazır ki, ABŞ-a səfərindən əvvəl Trampla görüşmək təklifi ilə bağlı sualına Böyük Britaniyanın Baş naziri belə bir görüşün olmayacağını bildirib və əlavə etib: “Mənim olduqca məşğul qrafikim var”.

“Mən hər iki partiyadan olan əsas Konqres liderləri və əsasən də prezidentlə görüşəcəm. Bunlar mənim əsas vəzifəmdir”, deyə Sunak suala cavab olaarq bildirib.

Xəbərdə qeyd edilir ki, ələfi Boris Conson Trampla yaxın münasibətdə olsa da, Böyük Britaniya və ABŞ qarşıda duran bir sıra problemlərlə üzləşdiyi üçün Sunak Bayden administrasiyası ilə əlaqəyə daha çox diqqət yetirir.

Trampın 18 aydan sonra Ağ Evə qayıtması perspektivi ilə bağlı suala Sunak deyib ki, o, münasibətdə olduğu liderlərlə “ümumbəşəri azadlıq, demokratiya və qanunun aliliyi kimi dəyərləri” paylaşacaq.

Böyük Britaniyanın Baş naziri çərşənbə günü Nümayəndələr Palatasının spikeri Kevin Makkarti, azlıqların lideri Hakim Ceffris və respublikaçı senator Lindsey Qrem kimi xadimlərlə danışıqlar aparıb.

Britaniya Baş nazirinin Kapitolidəki görüşləri Arlinqton Milli Qəbiristanlığına səfərindən sonra və keçmiş Respublikaçılardan prezidentliyə namizəd və Trampın tənqidçisi senator Mitt Romni ilə görüşməli olduğu axşam beysbol oyunundan əvvəl baş tutub.

Ağ Evdə Co Baydenlə ikitərəfli görüş cümə axşamı baş tutmalıdır. Görüş zamanı Ukraynaya dəstək ilə yanaşı, süni intellekt və ticarətin gündəmdə olması nəzərdə tutulur.

Qeyd edək ki, Sunak Tramla görüşməkdən imtina etsə də, keçən həftə ABŞ-a səfəri zamanı Boris Conson Floridada Trampla nahar edib.

Poliqon.info