Zelenski Ukraynanın “Şimal axını” kəmərlərinin partlatmasını istisna edib...

Ukrayna prezidenti həmçinin ölkəsinin Belqorod vilayətini atəşə tutması ilə heç bir əlaqəsi olmadığını bildirib...

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin “Şimal axını”nın boru xəttlərinin partladılması və Belqorod vilayətini atəşə tutması ilə heç bir əlaqəsi olmadığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşrinin yaydığı məlumatda bildirilir.

“Mən prezidentəm və müvafiq əmrləri verirəm. Ukrayna belə bir şey etməyib. Mən belə bir əmri heç vaxt vermərəm”, deyə Ukrayna prezidenti bildirib.

Zelenski Qərb mediasını yalnız təkzibedilməz dəlilləri olan məlumatları verməyə və yalnız bundan sonra Kiyevi Avropa İttifaqı ərazisində təxribatda ittiham etməyə çağırıb.

Poliqon.info