Serbiya prezidenti erkən seçkilərin keçirilməsini istisna etmir...

Serbiya prezidenti Aleksandr Vuçiç müxalifətin tənqidlərinə görə növbədənkənar seçkilərin keçirilməsini mümkün hesab edib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

“Serbiyada növbədənkənar parlament seçkilərinin olacağı şübhə doğurmur. Yeganə sual onların nə vaxt baş tutacağıdır”, deyə siyasətçi bildirib.

Vuçiçin sözlərinə görə, müxalifət onu zorakılıq mədəniyyətini təşviq etməkdə və söz azadlığını boğmaqda ittiham edir. Bununla əlaqədar olaraq, hökumət əleyhinə koalisiya Belqradda etiraz yürüşləri zamanı on minlərlə serbi küçələrə çıxarıb.

Siyasətçi müxalifət partiyalarını danışıqlar üçün görüşə çağıracağını da bildirib. Əgər onlar iştirak etməsələr, o zaman erkən seçkilərin vaxtı açıqlanacaq.

Qeyd edək ki, Kosovo hakimiyyəti də Serbiya ilə münaqişə səbəbindən yeni seçkilərin keçirilməsi ilə bağlı qərar verib. Kosovonun prezidenti Vyosa Osmani bildirib ki, regionun şimalında qanuni proseslə başlanılması şərti ilə yeni yerli seçkilər keçirilə bilər.

Poliqon.info