Rusiyada quduzluğa görə 2 yaşayış məntəqəsində karantin tətbiq edilib

Rusiyanın Omsk vilayətinin iki yaşayış məntəqəsində quduzluq karantini tətbiq edilib.

APA xəbər verir ki, bu barədə Rosselxoznadzorun regional idarəsi məlumat yayıb.

"Omsk vilayətinin Sarqatski rayonunun Sarqatskoye kəndi ərazisində iribuynuzlu mal-qarada quduzluq virusu, Kormilovski rayonunun Yuryevo kəndində isə itdə quduzluq aşkar edilib. Quduzluğun yayılmasının qarşısını almaq və kökünü kəsmək üçün karantin tətbiq olunur" – məlumatda deyilir.

Poliqon.info