Kəmaləddin Heydərov Qobustanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 9 iyun 2023-cü il tarixdə Qobustan şəhərində, Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçiriləcək.

Poliqon.info xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, qəbula gələn vətəndaşların qeydiyyatı 8 iyun 2023-cü il tarixdə Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Poliqon.info