İran Rusiya, Türkmənistan və Qətərin iştirakı ilə qaz qovşağı yaratmağa hazırlaşır

İran Rusiya, Türkmənistan və Qətərin iştirakı ilə Fars körfəzi sahillərində yerləşən Asaluyeh sənaye rayonunda (Buşəhr əyaləti) qaz qovşağı yaratmağa çalışır.

Poliqon xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.

“33 trilyon kubmetr çıxarıla bilən qaz ehtiyatına malik olan İslam Respublikası bu resursun ehtiyatlarına görə dünyada ikinci yerdədir. Biz Rusiya, Türkmənistan və Qətərin köməyi ilə Fars körfəzi və Asaluyeni təbii qaz qovşağına çevirməyə çalışırıq", deyə nazir qeyd edib.

O, layihənin təfərrüatlarını açıqlamayıb, sadəcə qeyd edib ki, hazırda lazımi hazırlıqlar gedir və proqramın icrası ilə bağlı plan hazırlanır.

Poliqon.info