Apple-ın baş direktoru da süni intellektə məhdudiyyət qoyulmasını istəyir

Apple-ın baş direktoru Tim Kuk “OpenAI” şirkətinin süni intellektə əsaslanan ChatGPT-dən istifadə etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Business Insider nəşri məlumat yayıb.

“Təbii ki, istifadə edirəm. Buna görə həyəcanlıyam. Düşünürəm ki, bunun üçün bəzi unikal istifadələr var və əmin ola bilərsiniz ki, biz (Apple-red.) bunları diqqətlə nəzərdən keçiririk”, deyə nəşrə Kuk bildirib.

Apple-ın baş direktoru həmçinin bildirib ki, süni intellekt sənayesinin tənzimlənməsi çağırışlarını dəstəkləyir:

“Hesab edirəm ki, məhdudiyyətlərə ehtiyac var. Bu məsələdə irəliləyişlərə baxmayaraq, tənzimləmdə çətinliklər olacaq. Çünki hər şey çox sürətlə tez baş verir. Ona görə də şirkətlər süni intellekt məsələsində özlərini tənzimləməlidirlər”.

Xatırladaq ki, The Wall Street Journal daha əvvəl məlumat vermişdi ki, Apple gizlilik məsələsindəkii narahatlığa görə işçilərinin ChatGPT istifadəsini məhdudlaşdırıb.

Poliqon.info