Baxmutda son vəziyyət: Ukrayna ordusu Berxivka qəsəbəsinə daxil olub...

Ukrayna Silahlı Qüvvələri Baxmutun şimal və cənub-qərbinə qurudan hücumlarını davam etdirib. Onlar Klişçiivka (Baxmutdan 7 km şimal-qərbdə) və Berxivka (Baxmutdan 6 km şimalda) qəsəbələri ərazisində keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilir.

Qeyd edilir ki, Ukrayna hərbçiləri Berxovkaya daxil olub və orada döyüşlər davam edir. Bundan əlavə, Ukrayna qüvvələri Orihovo-Vasilivkadan Baxmutdan 11 km şimal-qərbə qədər irəliləyərək, E-40 Baxmut-Slovyansk marşrutu üzrə yüksəklikləri ələ keçirib.

"Vaqner" rəhbəri Yevgeni Prıqojin bildirib ki, rus qoşunları Baxmutdan 18 km şimal-şərqdə Rozdolivka şəhəri ərazisində dəqiqləşdirilməmiş mövqelərini itirib", deyə hesabatda qeyd edilir.

Analitiklər onu da qeyd ediblər ki, bəzi məlumatlara görə, Ukrayna hərbçiləri Klişivkanın qərbindəki mövqelərdən rusları sıxışdırıb çıxarıblar. ISW bildirir ki, bu qəsəbədə Rusiya xüsusi təyinatlıları Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyat aparır.

İnstitutun məlumatına görə, Ukrayna qüvvələrinin ərazidə davam edən əks-hücumları fonunda ruslar Avdiyivka-Donetsk cəbhəsində məhdud hücum əməliyyatlarını davam etdirib.

Analitiklər həmçinin bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri Maryinka bölgəsində Rusiya hərbçilərinin 12 hücumunu dəf edib. Orada çeçen qüvvələri təxminən bir həftə əvvəl "Şturm Z" hücum bölmələrini əvəz edib.

Mütəxəssislər həmçinin Ukrayna qüvvələrinin Vodyannı bölgəsində Rusiya mövqelərini tədqiq etməyə davam etdiyi və Nevelski bölgəsində irəlilədiyi barədə məlumatlara istinad ediblər.

Poliqon.info