Salyanda evlilik məqsədi ilə qaçırılan məktəbli qız ailəsinə verildi

Salyan rayonunda qaçırılan məktəbli qızın yeri müəyyən edilib...

Məlumata görə, 15 yaşlı qız tapılaraq ailəsinə verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat Oxu.Az-a təsdiqlənib.

Bildirilib ki, iyunun 6-da Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını bildirib:

“Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək RPŞ-nə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir.

Poliqon.info