Bakıda 15 yaşlı oğlan itkin düşüb

Hadisə ötən gün paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb...

Bakıda 15 yaşlı oğlan itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə ötən gün paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Vəlizadə Nurlan Nadir oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Araşdırma aparılır.

Poliqon.info