Dünyanın ən qədim məzarlığı tapılb...

Cənubi Afrikada mürəkkəb davranış qabiliyyəti olmayan H. naledi növünün məzarı tapılıb....

Vitvatersrand Universitetinin (Cənubi Afrikanın paytaxtı Yohannesburq şəhərində yerləşir) arxeoloqları əvvəllər mürəkkəb davranışa qadir olmayan kiçik beyinə malik müasir insanın uzaq qohumunun qalıqlarının olduğu dünyanın ən qədim məzarını aşkar ediblər.

Poliqon xəbər verir ki, bu barədə eLife nəşrində dərc olunan araşdırmada bildirilir.

Alimlər “Homo naledi”nin bir neçə skeleti tapıblar. Qalıqlar yerin təxminən 30 metr dərinliyində, “Bəşəriyyətin beşiyi” adlanan (Cənubi Afrikada qədim insan qalıqlarının kəşflərinin episentri olaraq qalan əhəngdaşı mağaralarının mürəkkəb şəbəkəsi) mağara sistemində basdırılıb.

“Bunlar hominidlərin salnamələrində indiyə qədər qeydə alınmış ən qədim dəfnlərdir. Onlar Homo sapiens dəfnlərindən ən azı 100.000 il yaşlıdırlar. Qəsdən qazılmış və sonra doldurulmuş çuxurlarda ən azı beş nəfər var. Bu tapıntılar göstərir ki, dəfn üsulları H. sapiens və ya digər iri beyinli hominidlərlə məhdudlaşmayıb”, deyə araşırmada bildirilir.

Tapıntılar insanın təkamülü ilə bağlı mövcud anlayışı çətinləşdirir. Çünki bu vaxta qədər daha böyük beynin inkişafının ölüləri basdırmaq kimi mürəkkəb, mənalı fəaliyyətlərə imkan verdiyi düşünülürdü. Məzar yeri “Homo naledi”nin mürəkkəb emosional və koqnitiv davranışlara qadir olduğunu göstərən yeganə göstərici deyil. Alimlər həndəsi fiqurları meydana gətirən qravüraları da aşkar ediblər

“Bu o deməkdir ki, insanlar simvolik təcrübələrin inkişafında nəinki unikal deyil, hətta bu cür təcrübələrin ilk kəşfçisi olmaya da bilər”, deyə alimlər araşdırmada qeyd ediblər.

Poliqon.info