DSMF-nin 2023-cü il büdcəsinə dəyişiklik layihəsi ilk oxunuşda qəbul edilib

Sənədi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib...

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.

“Report”un xəbərinə görə, sənədi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Daha sonra qanuna dəyişiklik layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Poliqon.info