Ermənistanda eks-prezidentlərin işini araşdıran prokurorlar eyni vaxtda istefa verdi

Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar...

Poliqon "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Robert Köçəryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryan və prokuror Petros Petrosyan, həmçinin Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa verib.

İstefaların səbəbləri barədə məlumat verilmir. Hələlik məlumat rəsmi şəkildə təsdiq edilməyib. Baş Prokurorluq da hələlik məlumatı şərh etməyib.

Poliqon.info