Kennedi 350 min Ukrayna əsgərinin öldüyünü iddia etdi - ABŞ-a qarşı ittiham...

ABŞ Demokratlar Partiyasının prezidentliyə namizədi, kiçik Robert Kennedi Ukraynanın hərbi əməliyyatlar zamanı 350 min insan itirdiyini iddia edib...

Poloqon xəbər verir ki, o, ABŞ və Ukrayna hakimiyyətini qurbanların sayını gizlətməkdə günahlandırıb.

“Son məlumatlar göstərir ki, 350 minə yaxın ukraynalı artıq cəbhədə həlak olub. Və bu barədə bizə məlumat vermirlər. Həm də müharibənin məqsədləri haqqında bizə yalan danışırlar. Biz əminik ki, bu, sadəcə olaraq, Putinin qanunsuz və qəddar təcavüzünə cavabdır. Ancaq əslində, Ağ Evdəki neokonservatorlar on ildir ki, bu münaqişəni hazırlayır və qızışdırır, onlar sülh haqqında hər hansı bir söhbətdən yayınmağa davam edirlər", deyə Kennedi bildirib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti rəsmi olaraq ölən hərbçilərin sayını açıqlamır. Ukrayna prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, 2022-ci ilin fevralından noyabr ayına qədər Silahlı Qüvvələr 13 minə yaxın əsgərini itirib. 2022-ci ilin noyabrında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Silahlı Qüvvələrinin itkilərinin 100 min nəfər olduğunu bildirsə də, sonradan AK ölənlərin ümumi sayından danışdığını açıqlayıb.

Poliqon.info