Kaxovka SES-i artıq bərpa etmək mümkün deyil...

Ukrhidroenerqo: Kaxovka su anbarı 4 günə yox olacaq...

İşğalçılar tərəfindən partladılmış Kaxovskaya SES-i əvvəlki formada bərpa etmək mümkün deyil, maşın otağının avadanlığı tamamilə məhv edilib.

Poliqon xəbər Unian nərinə itinadən xəbər verir ki, bu barədə “Ukrhidroenerqo” məlumat yayıb.

“Maşın otağının içəridən partlaması nəticəsində Kaxovskaya SES tamamilə dağılıb. Stansiyanı bərpa etmək mümkün deyil”, deyə məlumatda bildirilir.

“Ukrhidroenerqo”dan verilən məlumata görə, yaxın 4 gün ərzində Kaxovka su anbarı yox olacaq. Səhər saat 9-a olan məlumata görə, dambada suyun səviyyəsi artıq sürətlə aşağı düşür.

““Ukrhidroenerqo” vəziyyəti təhlil etməyə davam edir, mütəxəssislərimiz dağıntının miqyasını, suyun sürətini və həcmini dəqiqləşdirməyə çalışırlar. Məlumat yenilənəcək”, -deyə “Ukrhidroenerqo”dan bildirilib.

Poliqon.info