Qırğızıstanda həbslər aparılır - Partiya sədri də saxlanılıb...

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (QKNB) hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi iğtişaşlar təşkil etməyi planlaşdıran 30-dan çox şəxsin saxlanıldığını bildirib....

Poliqon xəbər verir ki, onların hamısı etirafedici ifadələr verərək QKNB-nin müvəqqəti saxlama təcridxanasına aparılıb, cinayət işi başlanıb.

Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, saxlanılan şəxslər bir ildir ki, Qırğızıstanın hər yerindən narazı vətəndaşları öz sıralarına cəlb edib. Xüsusi xidmət ictimai fəal, “Eldik Keneş” (Xalq Şurası) siyasi partiyasının sədri N.R.S.-ni “əsas təşkilatçı” adlandırır.

Hadisənin təfərrüatları açıqlanmır.

QKNB əlavə edib ki, qruplaşmaya ümumilikdə 100-dən çox adam daxildir. İddialara görə, qrup yaxın gələcəkdə “xarici mənbələrdən” “əhəmiyyətli vəsait” alacağını gözləyirmiş:

“Sui-qəsdçilər hər hansı insidentlə bağlı cəmiyyətdə narazılıq yaranandan dərhal sonra öz cinayətkar planlarının həyata keçirilməsinin aktiv mərhələsinə başlamaq niyyətində idilər”.

Poliqon.info