Rusiya ordusu Ukraynadan gələn diversantları hələ də Belqoroddan çıxara bilməyib...

“RDK” ikinci gündür ki, Novaya Tavoljankaya nəzarət etdiyini bildirib və bunun isbatı üçün video yayımlayıb...

Ukrayna tərəfində döyüşən rusların “Rusiya Könüllülər Korpusu” (RDK) və “Rusiya Azadlığı” legionunun birləşmələri Belqorod vilayətinin Novaya Tavoljanka kəndindən videolar dərc etməyə davam edir.

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, hər iki videoda çəkiliş yerlərinin geolokasiyası Novaya Tavoljanka kəndinin müxtəlif hissələrini göstərir Bu isə bazar günündən bəri Rusiya ordusunun Ukraynadan gələn birləşmələri sıxışdırıb çıxara bilmədiyini göstərir.

RDK-nın videosunda bir qrup silahlı şəxsin kəndin ətrafında necə hərəkət etməsi, legionun videosunda zirehli texnikanın atəşə tutulması göstərilir.

Videonun altındakı şərhdə RDK Rusiya hakimiyyətinin bəyanatlarını təkzib edir və Belqorodun bəzi kəndlərinin hələ də onalrın nəzarətindəolduğunu bildirilir.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, bir gün əvvəl intensiv artilleriya atəşi altında “Ukraynalı terrorçuların” iki qrupu Novaya Tavoljankaya daxil olmağa cəhd edib. Agentliyin məlumatına görə, onlar Severski Donetsk çayını keçərək kəndin kənarına enmək istəyərkən məhv ediliblər.

Poliqon.info