Amsterdamda dalbadal 3 partlayış baş verib - Saxlanılan var...

Ötən gecə Niderlandın paytaxtı Amsterdamda üç partlayış baş verib...

Poliqon bu barədə Niderland Yayım Korporasiyasına (NOS) istinadən xəbər verir.

Qeyd olunur ki, partlayışlar 03.15-03.50 radələrində Şimal bölgəsində bir-birinin ardınca baş verib.

İlk iki partlayış nəticəsində yaxınlıqdakı binaların qapıları və fasadları zədələnib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Ərazidə üç partlayıcı qurğu tapılıb və 21 yaşlı şübhəli saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin hansı şəraitdə baş verdiyini, həmçinin üç partlayış arasında əlaqənin olub-olmamasını araşdırır.

Poliqon.info