Rusiya neft hasilatını azaltmalı olacaq - OPEC+

Rusiyanın da daxil olduğu OPEC+ Vyanada keçirilən iclasda ümumi hasilat hədəflərini 2024-cü ildən gündəlik daha 1,4 milyon barel azaltmaq barədə razılığa gəlib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, OPEC+ artıq ötən il razılaşdırılmış gündəlik hasilatı 2 milyon barel azaltmaq barədə razılığa malikdir və bu da qlobal tələbatın 2 faizini təşkil edir.

“Azadlıq” radiosunun Rusiya bölməsinin məlumatına görə, OPEC+ formatında sazişlər çərçivəsində 2024-cü ildə Rusiya neft hasilatı kvotası sutkada 650 min barel azalacaq. Eyni zamanda, Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Moskva gündəlik kvotadan 500 min barel az neft hasil etmək barədə könüllü öhdəliyindən imtina etmir.

2023-cü il üçün Rusiyanın kvotası sutkada 10 milyon 478 min barel təşkil edir, 2024-cü ildə 9 milyon 828 min barel (və könüllü azalma nəzərə alınmaqla 9 milyon 328 min) azalacaq. Eyni zamanda, OPEC-in ən böyük ölkəsi olan Səudiyyə Ərəbistanının 2024-cü il üçün kvotası dəyişməz qalıb - 10 milyon 478 min barel.

Azalmalarda məqsəd dünya bazarında neftin qiymətinin aşağı düşməsininin qarşısını almaqdır. Həmçinin, qiymət artımına nail olmaq üçün Səudiyyə Ərəbistanı bir ay ərzində hasilat səviyyəsini gündəlik 1 milyon barel azaldacaq.

OPEC+ görüşündən sonra keçirilən mətbuat konfransında Novak bəyan edib ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında heç bir fikir ayrılığı yoxdur.

Poliqon.info