Türkiyə boğazlardan keçid haqqını artırır...

2023-cü il iyulun 1-dən Bbosfor və Dardanel boğazlarından gəmilərin keçidinin qiyməti artırılacaq...

Poliqon xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti Türkiyə hakimiyyətinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, ödəniş 8%-dən çox artacaq. Bu qərar nəticəsində 2023-cü ildə Türkiyənin gəlirləri təxminən 900 milyon dollar arta bilər.

Türkiyə 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına uyğun olaraq boğazlardan gəlir əldə edir. Bosfor və Çanaqqala boğazından keçid üçün ödəniş məbləği qızıl frank əsasında hesablanırdı. O zaman 0,8 dollara bərabər idi.

2023-cü il iyulun 1-dən qızıl frank da sabitlənməyəcək. Onun dəyəri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin strukturları tərəfindən hər il yenilənir.

Poliqon.info