Stoltenberq: İsveç Türkiyənin tələblərini yerinə yetirib...

Baş katib İsveçdəki nümayişlərin NATO-ya daxil olması yolunda çətinliklər yaratdığını qeyd edib...

Polqon xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İsveç Ankaranın ölkənin alyansa daxil olmasını təsdiqləmək üçün şərt kimi irəli sürdüyü bütün tələbləri yerinə yetirib.

İsveçdəki nümayişlərin NATO-ya daxil olması yolunda çətinliklər yaratdığını qeyd edən Stoltenberq “Konkret addımlar atıldı və qanunlar dəyişdirildi”, deyib.

Baş katib əlavə edib ki, Ərdoğanla görüşdə İsveçlə Daimi Birgə Mexanizmin növbəti iclasının iyunun 12-də keçirilməsi barədə razılıq əldə olunub.

Stoltenberq həmçinin qeyd edib ki, Türkiyənin NATO-nun Vilnüs sammitinə qədər İsveçin ərizəsini ratifikasiya etmək üçün hələ vaxtı var.

Poliqon.info