“Rusiyanı çətin günlər gözləyir“

Ekspert Samir Əliyev Rusiyanın hazırki iqtisadi vəziyyətini analiz edib
"ABŞ və Avropanın tətbiq etdiyi yeni sanksiya Rusiyanın onsuz da pisləşən iqtisadi vəziyyəti daha da dərinləşdirir". Bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, rubl dollara münasibətdə dəyərini bu il 13% itirib. Artıq dollar 38 rubl həddini də keçib: "Nəzərə almaq lazımdır ki, gələn ildən Mərkəzi Bank üzən məzənnə siyasətinə keçir. Bu o deməkdir ki, rublun məzənnəsini dəstəkləməyəcək və proseslər belə davam edəcəyi təqdirdə rublun ucuzlaşması prosesi davam edəcək. Dolların rubla qarşı məzənnəsi tezliklə 40 rubl psixoloji həddini keçəcək. İnvestorların Rusiya istiqrazlarına maraq azalıb. Bankların xaricdən resurs cəlb etmək imkanları məhdudlaşıb. Tərs kimi dünya bazarlarında neft də ucuzlaşır".Mütəxəssis qeyd edir ki, Rusiyanın aparıcı banklarının səhmləri ucuzlaşır. Göz görəsi Neft Fondunun Rusiya aktivləri əriyir: "Belə bir vəziyyətdə sanksiyaların Rusiyanı daha da möhkəmləndirməsi fikri sadəcə absurddur. Rusiyanı çətin günlər gözləyir".(ans)