İlham Əliyevdən təbrik məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb
Məktubda deyilir:"Hörmətli cənab Prezident,Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Ümidvaram ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına bundan sonra da töhfələr verəcəkdir.Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". (azərtac)