Baş nazir Aİ-nin sərhədlərini genişləndirməyə çağırıb

Polşanın Baş naziri Aİ-nin sərhədlərinin bütün Avropa coğrafiyasına qədər genişləndirilməsinə çağırış edib...

Polşanın Baş naziri Mateuş Moravetski deyib ki, Ukraynadakı hazırkı münaqişə Avropa İttifaqının sərhədlərinin Avropanın coğrafi sərhədləri ilə üst-üstə düşməsi üçün tarixi şansdır.

Poliqon xəbər verir ki, o, bunu “Polşa böyük layihədir” adlı forumda deyib

“Aİ sərhədlərinin Avropanın coğrafi sərhədləri ilə üst-üstə düşməsinə çalışmalıdır”, deyə Moravetski bildirib. O, həmçinin qeyd edib ki, bu müharibənin Polşa üçün payı geosiyasi trayektoriyada dəyişiklikdir.

Baş nazir Ukraynadakı müharibəni “şərqi şərqə köçürmək, Avropanı genişləndirmək, Avropa qitəsinin siyasi coğrafiyasını dəyişmək, yeni təhlükəsizlik arxitekturasını yaratmaq, Rusiyadan azad Avropanın yeni xəritəsini çəkmək” fürsəti adlandırıb.

Polşanın Baş naziri belə qənaətə gəlib ki, Ukrayna münaqişəsindən sonra yeni geosiyasi nizam yaranacaq. Moravetskinin fikrincə, Polşa təhlükəsizlik siyasəti, nəqliyyat, enerji və regional əməkdaşlıq sahəsində Aİ-nin əsas ölkəsinə çevrilməlidir.

Poliqon.info