FHN: Ötən sutka 32 yanğına çıxış olub, yeddi nəfər xilas edilib

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dördü azyaşlı olmaqla yeddi nəfər xilas edilib...

Ötən sutka ərzində 32 yanğına çıxış və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dördü azyaşlı olmaqla yeddi nəfər xilas edilib.

Poliqon.info