Yaponiya Ukraynaya silah tədarükünə qoyulan qadağadan yan keçə bilər...

Yaponiya müharibə vəziyyətində olan ölkələrə silah verilməsini qadağan edən öz qanunvericiliyini pozmadan Ukraynaya silahla kömək etmək yolunu tapıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ Ukraynaya veriləcək artilleriya mərmilərinin istehsalı üçün zəruri olan trinitrotolueni Yaponiyadan alacaq.

Tokio Rusiyaya qarşı sanksiyalara qoşulub və Ukraynanı dəstəkləyir, lakin silah tədarük etmir. Üçüncü ölkələrə silah komponentlərinin verilməsi, əgər onlar Ukraynaya keçəcəksə, bu da qadağandır.

Bununla belə, kommersiya əsasında satılan ikili təyinatlı məhsullar və ya avadanlıqlar üçün ixrac məhdudiyyətləri sırf hərbi təyinatlı məhsullara nisbətən daha az sərtdir. Buna görə də, Yaponiya ABŞ-ı "sənaye" trinitrotoluol ilə təmin edə biləcək, çünki bu partlayıcı maddə yalnız hərbi istifadə məhsulu deyil. Bundan əlavə, ABŞ ordu üçün "Panasonic Toughbooks" da ala bilər.

Məlumata görə, Vaşinqton Amerika ordusunun 155 mm-lik mərmiləri doldurmaq üçün istifadə olunacaq sursat zavodlarını partlayıcılarla təchiz etmək üçün TNT tədarük zəncirinə Yaponiya şirkətini cəlb etmək istəyir.

Qeyd edək ki, 20 may 2023-cü ildə Yaponiya Rusiyaya qarşı sanksiyaları gücləndirdiyini elan edib. Yaponiya 100-ə yaxın rusiyalının aktivlərini dondurmağa hazırlaşır. Söhbət xüsusilə Rusiyanın sanksiyalardan yayınmaqda iştirak edənlərdən gedir.

26 may 2023-cü ildə Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının 17 və 78 hüquqi şəxsi yeni sanksiyalara məruz qalıb. O cümlədən, bunlar Krım Muxtar Respublikası və Sevastopol şəhərinin ilhaqında, Ukraynanın şərqində sabitliyinin pozulmasında bilavasitə əli olan şəxslərdir.

Poliqon.info