Neftçalada yardımçı tikilidə 62 yaşlı kişi meyiti aşkarlanıb

Meyitin xarici müayinəsi zamanı hər hansı xəsarət aşkar olunmayıb...

Neftçala rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Şakir Hüseyn oğlunun meyiti yaşadığı ünvanında yardımçı tikilidə aşkarlanıb.

“Report”un xəbərinə görə, meyitin xarici müayinəsi zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Araşdırma aparılır.

Poliqon.info