Messi mövsümün sonunda PSJ-ni tərk edəcək...

Argentinalı futbolçu Lionel Messi mövsümün sonunda Fransanın “Paris Sen-Jermen” klubundan ayrılacaq...

Poliqon xəbər verir ki, bu barədə klubun baş məşqçisi Kristof Qaltye məlumat verib. Onun sözlərini “RMC Sport” portalı sitat gətirib.

Məşqçinin sözlərinə görə, PSJ-nin Fransa çempionatında iyunun 3-də “Klermon”a qarşı keçirəcəyi oyun Messi üçün “Park des Princes” stadionunda sonuncu olacaq.

“Mən xöşbəxtəm ki, futbol tarixinin ən yaxşı oyunçusunu idarə etmək imtiyazına sahib oldum”, deyə Qaltye bildirib.

Qeyd edək ki, Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçib. Onun müqaviləsi 2023-cü ilə qədərdir və müqavilənin uzadılması da mümkündür.

Poliqon.info