Bayden: ABŞ Çinlə rəqabətə hazırdır...

Amerika lideri Co Bayden ABŞ-ın Çinlə sərt rəqabətə hazır olduğunu bildirib...

Poliqon xəbər verir ki, Co Bayden bu barədə ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında salamlama nitqi zamanı danışıb. Çıxışı zamanı ABŞ prezidenti qeyd edib ki, Vaşinqton dünyada ümumi problemlərin həlli üçün Pekinlə birgə işləmək imkanına malik olmalıdır.

“Çin və ABŞ iqlim dəyişikliyi kimi ümumi problemləri həll etmək üçün mümkün olan yerdə birlikdə işləməyi bacarmalıdır”, deyə Bayden qeyd edib. Bununla belə prezident bildirib ki, Vaşinqton Pekinlə sərt rəqabətə hazırdır, çünki Amerika tərəfi öz maraqlarını müdafiə etmək niyyətindədir.

Bayden çıxışında vurğulayıb ki, ABŞ Çinlə münaqişə və ya qarşıdurma axtarmır.

Poliqon.info