Medvedev: Rusiya 2023-cü ildə 600-dən çox tank istehsal edib...

Dmitri Medvedev 2023-cü ildə Rusiyada hərbi texnika istehsalının fantastik artmını açıqlayıb...

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Volqoqrad vilayətinə işgüzar səfəri çərçivəsində Rusiya sənayesində hərbi texnika və silahların fenomenal sürətlə istehsal olunduğunu bildirib.

Poliqon xəbər verir ki. bu barədə TASS Agentliyinin məlumatında bildirilir.

“Bu il sənayemiz 600-dən çox tank istehsal edib”, Medvedyev bildirib.

Bununla belə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavinin sözlərinə görə, yerli müdafiə istehsalı sahəsində “hələ görüləsi işlər var”.

“Ancaq ən mühüm şeyləri götürsək, misal üçün mərmilər, top artilleriyası, tankların buraxılması, onda bu rəqəmlər çox təsir edicidir”, deyə Medvedev vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, Rusiyada parametrlərin böyük əksəriyyətinə görə hərbi texnikanın hazırkı istehsalının həcmi ötən ilin nəticələri ilə müqayisədə fantastik görünür.

Poliqon.info