Bayden tribunadan düşərkən büdrədi və yıxıldı... - Video

ABŞ prezidenti Co Bayden ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında məzun buaxılışı mərasimi zamanı büdrəyib və yerə yıxılıb...

Poliqon xəbər verir ki, Ağ Ev sahibinin sərt yıxılma anı videoya düşüb.

Videodan görünür çıxışını bitirdikdən sonra Bayden tribunadan enərkən büdrəyir və sərt şəkildə yerə yıxılır. Mühafizəçilər onu yerdən qaldırırlar və bütün bunlar çıxışından sonra ABŞ prezidentini alqışlayan mərasim iştirakçılarının gösü önündə baş verir.

ABŞ prezidenti xəsarət almayıb və qalxdıqdan sonra təkbaşına davam edib.

Poliqon.info