Bakıda dairədə kişini avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ukrayna dairəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Quliyev Sirac İsgəndər oğlu yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Poliqon.info