İstiqlal muzeyində “Heydər Əliyev və uşaqlar” adlı musiqili ədəbi-bədii tədbir keçirilib

1 iyun 2023-cü il tarixində Azərbaycan İstiqlal muzeyində 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunan “Heydər Əliyev və uşaqlar” adlı musiqili ədəbi-bədii tədbir keçirilib...

Poliqon.info xəbər verir ki, Cənab Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan İstiqlal muzeyi tərəfindən start verilən "Ümummilli Lider Heydər Əliyev xatirələrdə" adlı layihə çərçivəsində təşkil olunan tədbirdə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti haqqında çıxışlar səsləndirilib.

Sonda Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin istedadlı üzvləri canlı musiqi və rəqs kompozisiyaları ilə çıxış ediblər.

Tədbirin yekununda Ümummilli Lider Heydər Əliyevin uşaqlar haqqında çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndəsi, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Gənclərin Bədii Yaradıcılıq evinin nümayəndələri, Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin kursantları, məktəblilər və digər qonaqlar iştirak ediblər.

##galery##

Poliqon.info