NATO-dan Ukraynaya “yaşıl işıq”: Rusiya ərazisinə hücum edə bilər...

Ukrayna özünümüdafiə hüququna malik olduğu üçün Rusiyanın ərazisinə hücum edə bilər....

Poliqon xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

NATO-nun Baş katibi Ukraynanın Rusiya ərazisi, o cümlədən Moskvaya mümkün hücumları ilə bağlı sualı cavablandırarkən bunun mümkün olduğunu bildirib.

“Biz indi müharibənin əvvəlində olduğu kimi eyni mövqedəyik - Ukraynanın özünümüdafiə etmək hüququ var. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub. Şübhə yoxdur ki, nə baş verir. Bu, prezident Putin və Moskvanın Ukraynaya qarşı aqressiv müharibəsidir. Ukraynanın özünümüdafiə etmək hüququ var”, deyə Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl keçirdiyi brifinqdə vurğulayıb.

Baş katibin vurğulayıb ki, bu müharibəni Putin başladıb və o, dayandıra bilər:

“Bu, sülh və sabitliyin yaradılması və müharibənin daha da genişlənməsinə yol verməməyin yoludur. Biz Ukraynanı dəstəkləyirik. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın tərəfində olacağıq”.

Eyni zamanda, Alyansın Baş katibi deyib ki, Ukraynanı dəstəkləmək NATO-nu münaqişə tərəfinə çevirmir:

“Bizim Ukraynanı münaqişə tərəfi olmadan dəstəkləmək hüququmuz var".

Poliqon.info