Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır...

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov dayanq üzərinə çıxacaq.

İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək.

Bu gün, həmçinin, qadın taekvondoçular 73 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.

Poliqon.info