ABŞ xarici borc böhranını həll edir...

ABŞ Konqresinin Nümayəndələr Palatası borc limiti ilə bağlı qanun layihəsini qəbul edib...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə milli borcun limiti ilə bağlı qanun layihəsini təsdiqləyib.

ABŞ prezidenti Co Bayden ilə Nümayəndələr Palatasının sədri Kevin Makkarti arasında aparılan danışıqlar nəticəsində hazırlanan qanun layihəsinə 314 qanunverici səs verib, 117-si əleyhinə çıxıb, o cümlədən 71 Respublikaçı və 46 Demokrat qanun layihəsinə qarşı çıxıb.

Qanun layihəsi indi Senata göndərilir. Konqres və Ağ Ev qanun layihəsini iyunun 5-dək təsdiqləməyə çalışır.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Konqres hökumətin borclanmasına limiti artırmasa və ya onu dayandırmasa, onun idarəsinin resursları iyunun 5-dək tükənəcək.

Poliqon.info