Braziliyanın keçmiş prezidenti 9 ilə yaxın həbs cəzası alıb

Braziliyanın Ali Məhkəməsi Braziliyanın keçmiş prezidenti Fernanda Kolor de Melunı 8 il 10 ay müddətinə azadlıqdan məhrum edib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, keçmiş prezident korrupsiya və çirkli pulların yuyulması əməliyyatlarında təqsirli bilinib.

Braziliya prokurorları 73 yaşlı Kolor de Melunu dövlət neft şirkəti “Petrobras”ın törəmə müəssisəsindən təxminən 30 milyon real (təxminən 6 milyon dollar) rüşvət almaqda ittiham edib. Siyasətçi artıq iki apelyasiya şikayəti verib, baxılana qədər o, ev dustaqlığında qala bilər.

Hökmün elanından sonra Braziliyanın keçmiş prezidenti şərh verməkdən imtina edib. Onun müdafiə rəsmiləri Kolor di Melunun heç bir cinayət törətmədiyini bildirib və onun sonda bəraət alacağına əminlik ifadə edib.

Qeyd edək ki, 1989-cu ildə Kolor de Melu iki onillik hərbi diktaturadan sonra Braziliyanın demokratik yolla seçilmiş ilk prezidenti olub. Konqresin aşağı palatası ona impiçment elan etdikdən sonra istefa verib.

Poliqon.info