Prosineçki: “Üç il ərzində Azərbaycan millisində irəliləyiş görmədim”

Xorvatiyalı mütəxəssis ölkəmizdə keçirdiyi üç il ərzində komandada irəliləyiş olmadığını söyləyib...

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmadakı fəaliyyətini xatırlayıb.

Xorvatiyalı mütəxəssis ölkəmizdə keçirdiyi üç il ərzində komandada irəliləyiş olmadığını söyləyib:

“Azərbaycanda keçirdiyim üç il maraqlı təcrübə oldu. Oyunlara cəmi iki həftə qalmış ölkəyə gələn sələflərimdən fərqli olaraq, ailəmi də özümlə apararaq orada yaşayırdım. Norveçə qalib gəldik, Çexiya və Xorvatiya ilə heç-heçə oynadıq, eyni zamanda yaxşı futbol nümayiş etdirdik. Amma üç il sonra komandada irəliləyiş olmadığını gördüm”, - R.Prosineçki bildirib

Xatırladaq ki, 54 yaşlı çalışdırıcı 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrınadək Azərbaycan millisinə rəhbərlik edib.

Poliqon.info