Oğuzda avtomobil aşıb: Xəsarət alanlar var - Foto

İlkin məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir...

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında yerləşən fındıq bağına aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info