Latviya parlamenti ilk turda ölkə prezidentini seçə bilməyib

Poliqon xəbər verir ki. Latviyanın LETA Xəbər Agentliyinin çərşənbə günü verdiyi məlumata görə, Latviyanın Seymində keçirilən səsvermənin birinci turunda ölkə prezidentliyinə namizədlərdən heç biri seçilmək üçün lazımi səsləri toplaya bilməyib.

Agentliyin məlumatına görə, hakim “Yeni Birlik” koalisiyasının namizədi Latviyanın xarici işlər naziri Edqars Rinkeviç 42 səslə birinci turda ən çox səs toplayan namizəd olub.

25 deputat “Birgə siyahı” partiyasının namizədi Uldis Pilensə, 10 deputat isə “Tərəqqiçi” partiyasının namizəd Elina Pintoya səs verib.

İkinci turda heç kim seçilməsə, ən az səs toplayan namizədin iştirak etməyəcəyi üçüncü tur keçiriləcək.

Qeyd edək ki, parlamentdə Latviya prezidenti seçilmək üçün namizəd ən azı 51 səs toplamalıdır.

Poliqon.info