Neymar Səudiyyə Ərəbistanı klubunun 400 milyon avroluq təklifini rədd edib

Braziliyalı futbolçu yenidən Avropada oynamağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Foot Mercato nəşrinin məlumatında bildirilir. Məlumata görə, “Paris Sen-Jermen”in hücumçusu Neymar Səudiyyə Ərəbistanı futbol klubunun təklifini rədd edib.

Mənbənin sözlərinə görə, 31 yaşlı braziliyalı Avropada daha çox oynamağı planlaşdırdığı üçün illik 400 milyon avro maaşla təklifi rədd edib. Qeyd edilir ki, Neymar üçün daha çox ehtimal olunan variant, Qətərin QSI investisiya şirkəti tərəfindən alına bilən İngiltərənin “Mançester Yunayted”inə keçiddir.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Braziliyalının Paris klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Neymar bu mövsüm PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub.

Poliqon.info